Amerikalı milyarder İlon Mask aerokosmik şirkət SpaceX ilə elektromobil istehsalçısı Tesla-nın vahid meqakorporasiyada birləşdirilməsi ehtimalını gündəmə gətirib.
Sherg.az xəbər verir ki, Mask bu barədə SpaceX-in üçüncü rüb üzrə maliyyə nəticələrinin təqdimatı zamanı danışıb. Onun sözlərinə görə, hər iki şirkətdə müstəqil direktorların iştirakı ilə xüsusi komitələr yaradılıb və mümkün birləşmə ideyası araşdırılır.
Mask bu təşəbbüsü müsbət qiymətləndirdiyini bildirib. Hazırda o, hər iki şirkətə rəhbərlik edir. Lakin birləşmə ilə bağlı yekun qərarın verildiyi açıqlanmayıb.
Məlumata görə, iyunun 30-na olan vəziyyətə əsasən, Mask SpaceX-in səhmlərinin 48,4 faizinə sahib olub, Tesla-dakı payı isə təxminən 20 faiz təşkil edib.