Din gənclərə “keçmişin qəlibləri”ndən deyil, “gələcəyin dəyərləri”ndən təqdim edilməlidir -RƏY
09:41 26.08.2025
Cəmiyyət
602
Ənənəvi dinlərin gənc nəsil üçün yetərincə inandırıcı və cazibədar olmaması bütün dünyada müşahidə olunan tendensiyadır. Burada əsas məsələ dinin özü yox, onun təqdimat forması və interpretasiyasıdır.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Vasif Əfəndiyev deyib.
V. Əfəndiyevin fikrincə ənənəvi dinlərin müasir dövrlə ayaqlaşmaması texnologiya və müasir dövrün tələbləridir:
“Gənclər informasiya bolluğu içindədir, onlar üçün hər şey daha vizual, interaktiv və praktikdir. Ənənəvi dini izahlar isə çox vaxt abstrakt və orta əsrlərin təfəkkürünə əsaslanır. Qədim dini mətnlərdə verilən cənnət bağları, axan çaylar, hurilər və s. indiki gənclər üçün çox sadə və köhnəlmiş görünür. Bu gün də din xadimləri ənənvi təbliğat forması üzərindən təbliğat aparırlar.Müasir gənclik “inandırıcı cavab” istəyir. Əgər ona "cənnətdə internet olacaqmı?" sualına cavab verilməzsə, o bunu “boş və formal vəd” kimi qəbul edəcəkdir.İndiki gənclik “ikinci həyatlarını “ (mənasız “meşə həyatı)- cənnət bağları,altından şərab axan çaylar,sinələri yenicə tutmurcuqlanmış hurilərlə eyş -işrətdə keçirmək kimi təsvir edə bilmirlər. Gənclər əbədi həyatda səyahətlər, böyük şəhərlər, maraqlı layihələr,əyləncələrlə davam etməsini istəyirlər. Nəhayət nəticə olaraq onlar cismani sevgi olmayan məkanı qəbul edə bilməzlər.
Ağır şərtlərlə həyat və yaşamaq mücadiləsi edən insanların düş məyussluğuna uğramamağı üçün ona bir ümid verən daimi həyat arzuları ilə yaşamasının mənəvi,siyasi əhəmiyyəti vardır.Ömrünün müəyyən çağına yetişmiş insan keçmişə və gələcəyə baxdıqda heç bir əhəmiyyətli uğura imza atmadığını gördükdə depressiyaya düşməmək üçün dinin daimi həyat və cənnətdə dünya əzabının kompensasiya edilməsi vədi həyat stimulu ola bilər.Bundan ötrü dini reformaya ehtiyac vardır.. Amma bu reformanı mətnlərin dəyişdirilməsi kimi yox, təfsirin modernləşdirilməsi kimi aparmaq lazımdır.Mənəvi dəyərlərin universallaşdırılmasında əsas mesaj sevgi, ədalət, mərhəmət, həmrəylik olmalıdır. Bunlar dövr dəyişsə də, insan üçün daim aktualdır.Cənnət və cəhənnəm fiziki məkan yox, insanın daxili vəziyyəti, mənəvi kamilliyin simvolu kimi izah olunmalıdır. Dini ideyalar kitabdan deyil, sosial şəbəkələr, filmlər, oyunlar, virtual reallıq vasitəsilə çatdırıla bilər. Din yalnız məscid, kilsə və ya sinaqoqa getmək deyil, gündəlik həyatda etik qərarların mənbəyi kimi təqdim olunmalıdır.Elm və din harmoniya təşkil etmədiyi üçün biri digərindən uzaq tutulmalıdır.Din tamamilə siyasətə yaxın buraxılmamalıdır.Siyasətə yol açan din gec və ya tez dövləti əlinə alacaqdır.Bunun nümunəsini isə ərəb ölkələrində ,İran və Əfqanıstanda görmüşük.
Bir sözlə, din gənclərə “keçmişin qəlibləri”ndən deyil, “gələcəyin dəyərləri” prizmasından yanaşılaraq təqdim edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm