ABŞ-da “Tramp haradadır?” müzakirəsi: Həqiqət ortaya çıxdı

ABŞ Prezidenti Donald Trampın 26 avqustdakı kabinet iclasından sonra ictimaiyyət qarşısında görünməməsi sosial şəbəkələrdə söz-söhbətlərə səbəb olub. X platformasında “Trump nerede?” başlığı trendə çevrilib, hətta onun öldüyünə dair iddialar da yayılıb.

Sherg.az xəbər verir ki, mətbuatdan Laura Rozen, Trampın bütün həftə sonu boyu heç bir tədbirdə görünmədiyini yazıb. "Reddit"də müzakirələr Trampın həyatda olub-olmadığına qədər gedib.

Ağ Ev rəsmisi isə Trampın vəziyyətinin yaxşı olduğunu və golf oynamağa gedəcəyini bildirib. Ardınca, onun ailəsi ilə birlikdə Virciniyadakı Trump Milli Qolf Klubuna yollanarkən çəkilmiş fotoları paylaşılaraq mübahisələrə son qoyulub.