2024-cü ildə bütün Avropa İttifaqı ölkələrində hərbi xərclər 19% artıb

2024-cü ildə bütün Avropa İttifaqı ölkələrində hərbi xərclər 19% artıb və bu xərclər ümumilikdə 343 milyard avro təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi (EDA) hesabat yayıb.

Hesabata görə, 2025-ci ildə müdafiə xərcləri ittifaqın ÜDM-nin 2%-i hədəfindən çox olacaq.

Ətraflı
"2024-cü ildə Aİ-nin ümumi müdafiə xərcləri 2023-cü illə müqayisədə 19% artaraq 343 milyard avroya çatıb və ÜDM-nin 1,9%-nə bərabərdir. İlkin məlumatlar göstərir ki, 2025-ci ildə üzv dövlətlərin müdafiə xərcləri NATO-nun ÜDM-in 2%-lik hədəfini keçə bilər".