
Sağ qalmaq şansı çox yüksək: Nəhəng hava yastıqlı təyyarə gəlir
12:04 11.09.2025
Texnologiya
901
Aviaqəzaların qarşısını almaq istəyən gənc mühəndislər “təyyarə üçün hava yastığı” ideyasını hazırlayıblar. Layihə hər il minlərlə insanın həyatını xilas edə biləcək bir sistem kimi qiymətləndirilir.
Sherg.az xəbər verir ki, “Project Rebirth” adlanan konsept avtomobillərdəki kimi nəhəng hava yastıqlarını təyyarənin burnuna, gövdəsinə və quyruğuna inteqrasiya edir.
Süni intellekt dəstəkli sensorlar mümkün qəza anını aşkar edərək saniyələr içində hava yastıqlarını açır. Beləliklə, təyyarənin düşməsi ölümcül toqquşmaya çevrilmədən “qoruyucu bir kapsul” içərisinə alınır.
Dubaydakı Birla Texnologiya və Elm İnstitutunda təhsil alan Eshel Vasim və Dharsan Srinivasan tərəfindən hazırlanmış layihə bu ilin nüfuzlu James Dyson Mükafatının finalçılarından biri olub.

Mühəndislər sistemi “ilk süni intellekt dəstəkli qəza sonrası yaşamaq həlli” kimi təsvir edirlər.
İlham mənbəyi isə 12 iyun 2025-də Ahmedabaddan havaya qalxdıqdan 32 saniyə sonra qəzaya uğrayan Air India təyyarəsi olub. Yanacaq axını kəsilən təyyarə 260 nəfərin ölümünə səbəb olmuşdu.
Layihəni hazırlayan Vasim deyib: “O qəzanın ardından anam günlərlə yata bilmədi. Sərnişinlərin və pilotların çarəsizliyini düşündükcə biz də yata bilmədik. Niyə bir xilasetmə sistemi yoxdur deyə soruşduq və araşdırmağa başladıq”.
Sistem təyyarənin hündürlüyünü, sürətini, mühərrik vəziyyətini, istiqamətini, yanğını və pilot reaksiyasını anlıq izləyir.
Qəzanın qaçılmaz olduğu müəyyən edilərsə, avtomatik işə düşür. İki saniyədən az müddətdə açılan çoxqatlı parça hava yastıqları zərbəni udur.
Mühərriklər işləyirsə əks itiş sistemi, işləmirsə qaz iticilər devrəyə girərək enişi yavaşladır. Həmçinin oturacaq və divarlardakı mayelər toqquşma anında sərtləşərək sərnişinləri qoruyur.
Mühəndislər sistemin həm mövcud təyyarələrə əlavə edilə biləcəyini, həm də yeni modellərdə inteqrasiya oluna biləcəyini bildirirlər. “Əksər sistemlər qəzaları önləməyə yönəlib. Bizimki isə bütün imkanlar tükəndiyində belə yaşamağı təmin etməyə çalışır” deyirlər.
James Dyson Mükafatının 20 finalçı siyahısı 15 oktyabrda açıqlanacaq. 5 noyabrda açıqlanacaq beynəlxalq birincilik mükafatını alan layihə 30 min funt sterlinq dəstəklə öz startapını qurmaq imkanı əldə edəcək.
Finalçılar arasında həmçinin 3D printerlə hazırlanmış süni rif, daşınabilən şpris sterilizasiya cihazı, susuz işləyən kompost tualet sistemi və kənd təsərrüfatı tullantılarından hazırlanmış gigiyenik yastıq kimi layihələr də var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz