Ukrayna ordusunun Baş Qərargah rəisi: Vəziyyət ağırdır

“Cəbhə xəttində vəziyyət ağır olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov deyib.
“Bu günə olan məlumata görə, döyüş bölgələrində vəziyyət ağır olaraq qalır. Düşmən (Rusiya) əsas bölgələrdə qoşunlarımızın mövqelərinə fəal şəkildə hücum etməkdə davam edir”, - o bildirib.

Qnatov əlavə edib ki, toqquşmaların intensivliyi sutkada 160-190-dır və ən gərgin vəziyyət Donetsk vilayətində müşahidə olunur.