Ukrayna və Avropa İttifaqı ölkələri bəzi tariflərdən imtina edir
Ukrayna və Avropa İttifaqı ölkələri bəzi tariflərdən imtina edir
19:25 14.10.2025
Dünya
379
Oktyabrın 14-də Ukrayna və Avropa İttifaqı bəzi tariflərdən imtina etmək və Ukraynanın Aİ-yə kənd təsərrüfatı məhsullarının ixracına kvotaları artırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Taras Kaçki feysbuk səhifəsində yazıb.
Qərar 15 gün ərzində, oktyabrın 29-da qüvvəyə minəcək. Bu, bir gün əvvəl Avropa İttifaqı Şurasının Ukrayna ilə yeni ticarət sazişinin şərtlərini qəbul etdikdən sonra edilib.
"Ukraynalı ixracatçılar yeni ticarət rejimindən yararlana biləcəklər. Qərar ikitərəflidir və qeyri-müəyyən müddətə qüvvədədir", - deyə Kaçki qeyd edib.
Onun sözlərinə görə, Avropa bazarına çıxışın artırılmasına yönəlmiş növbəti qərar 2028-ci ildə baş tutacaq.
Xatırladaq ki, Aİ Şurası Ukraynanın bir sıra kənd təsərrüfatı məhsullarına rüsumların azaldılması və ya ləğv edilməsi barədə qərar qəbul edib. Bu məhsullara süd məhsulları, təzə meyvə və tərəvəzlər, ət və ət məhsulları daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya