Paşinyan II Qareginlə bağlı göstəriş verdi
08:45 15.10.2025
Dünya
177
Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin katolikosu II Qaregini zorakılıq olmadan devirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
“Hakim partiyanın kulis məlumatlarına görə, Vaqarşapat (Eçmiədzin) şəhərinin merliyinə “Vətəndaş Müqaviləsi”ndən namizəd Arqişti Mexakyana tapşırılıb ki, Eçmiədzin sakinlərinin katolikos əleyhinə zorakılıq olmadan aksiya təşkil edilməsinə necə reaksiya verəcəklərini öyrənsin.
Mexakyan cavab verib ki, reaksiya mənfi olacaq. Amma Paşinyan israr edib ki, yenə də maraqlansın, çünki onu öz fikri yox, məhz eçmiədzinlilərin rəyi maraqlandırır”.
Xatırladaq ki, bu gün erməni kilsəsinin 5 din xadimi saxlanılıb. Bundan əvvəl yepiskoplar Mikayel Ajapaxyan və Baqrat Qalstanyan hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs olunub. Yerli KİV-ə görə, kilsə ətrafında baş verənlər Nikol Paşinyanın II Qaregini devirməyə yönəlik hazırlığının tərkib hissəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda 20 kq marixuana aşkarlanıb
14:32 21.01.2026
Hadisə
Ərdoğan kürdlərə çağırış etdi
14:28 21.01.2026
Gündəm
Həcc üçün yerlərin 60 fazizi doldu - QMİ vətəndaşlara üz tutdu
13:50 21.01.2026
Cəmiyyət
Bu peyvənd yaşlanmanı ləngidir
13:47 21.01.2026
Sağlamlıq
İranda etiraz aksiyalarında ölənlərin sayı 4 519-a çatdı
13:43 21.01.2026
Dünya
Xankəndi şəhərinə ilk köç karvanı mənzil başına çatdı - FOTO
13:39 21.01.2026
Qarabağ
Prezident İlham Əliyev Davosda israilli həmkarı ilə görüşdü
13:21 21.01.2026
Gündəm
ÖNƏMLİ DİALOQ: Ərdoğan Dövlət Baxçalı ilə görüşəcək
13:10 21.01.2026
Gündəm
Parlamentin komitə iclasında 4 məsələ müzakirə ediləcək
13:04 21.01.2026
Gündəm
Sabah yollar buz bağlayacaq
12:55 21.01.2026
Ekologiya
Donald Tramp İlham Əliyevi Sülh Şurasına qoşulmağa dəvət etdi
12:52 21.01.2026
Gündəm
Şahbanu İranda “Milli Matəm” elan etdi
12:50 21.01.2026
Dünya
Deputat: Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər
11:51 21.01.2026
Aktual