54 ildən sonra tarixi addım: NASA Aya insan göndərir

NASA-nın astronavtları yenidən Aya qaytarmaqla yanaşı, daimi Ay bazası qurmağı hədəfləyən Artemis proqramı bu ilin fevral ayında ilk ekipajlı missiyasını gerçəkləşdirəcək.

Sherg.az xəbər verir ki, missiya zamanı dörd astronavt Ay ətrafında uçuş edərək Orion kosmik gəmisinin sistemlərini sınaqdan keçirəcək. Bu uçuş 1972-ci ildən sonra insanın Yer orbitindən kənara ilk çıxışı olacaq. Layihənin əsas məqsədi gələcəkdə daimi Ay bazasının qurulması və daha mürəkkəb kosmik missiyalara, o cümlədən Mars səfərlərinə hazırlıqdır.