
6 yaşından xəstəliyə tutuldu: Ömrünün 72 ilini metal cihazın içərisində yaşadı
11:37 13.03.2024
Dünya
717
Paul valideynlərindən, qardaşından və hətta 2015-ci ildə hava sızmağa başlayan orijinal "dəmir ağciyərindən" də çox yaşadı
Altı yaşında poliomielit xəstəliyinə tutulduqdan sonra ömrünün qalan hissəsini, yəni 72 ilini "Dəmir ağciyər" kimi tanınan metal kapsulda keçirən Paul Alexander 78 yaşında vəfat edib.
Sherg.az xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan “Polio Paul” kimi tanınan Paul Alexander poliomielit xəstəliyinə tutulduqdan sonra 300 kiloluq metal kapsulda 72 il keçirərək rekord qırıb.
Uşaqlığından demək olar ki, bütün ömrünü “Dəmir ağciyər”də keçirən qoca martın 11-i bazar ertəsi dünyasını dəyişib.
Poliomielit diaqnozu qoyulduqdan qısa müddət sonra o, nəfəs ala bilmədiyi üçün "dəmir ağciyər" kimi tanınan metal aparatın içərisinə yerləşdirilib.

1955-ci ildə, Paul xəstəliyə tutulduqdan üç il sonra, poliomielit peyvəndi təsdiqləndi və bütün ölkədə uşaqlara tətbiq olunmağa başladı.
Ölümündən əvvəl o, “Dəmir at” adlandırdığı metal kapsulda 72 il keçirdi və zaman keçdikcə texnologiya inkişaf etdikcə daha müasir cihaza keçməkdən imtina etdi.
Bu müddət ərzində Paul kollecə getdi, hüquqşünas oldu və metal kapsula aludə olmasına baxmayaraq kitabları nəşr olunmu. bir müəllif oldu.
Məhkəmədə vəkil olmaq xəyyalarının arxasınca getdi, iflic olmuş bədənini dik tutan üç parçadan ibarət kostyum və əlil arabası ilə məhkəmədə müştəriləri təmsil etdi.
O, həmçinin əlillərin hüquqları ilə bağlı oturaq aksiya təşkil edib və öz xatirələrini nəşr etdirib.
Paul valideynlərindən, qardaşından və hətta 2015-ci ildə hava sızmağa başlayan orijinal "dəmir ağciyərindən" də çox yaşadı.
Qoca bütün həyatı boyu əlilliyinin, təyyarə ilə səyahət etmək, müstəqil yaşamaq, aşiq olmaq, kilsədə dua etmək və okeanı kəşf etmək kimi məqsədlərinin önünə keçməsinə heç vaxt izin verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat