90 yaşlı üç rəfiqə! - uzun ömürlərinin sirri
05:01 17.09.2024
Dünya
394
Manisanın Sarıgöl Dadağlı bölgəsində yaşayan 90 yaşlı 3 rəfiqə sağlam və uzun ömürlərinin sirrini açıb. Onlar uzun və sağlıqlı ömür sürmələrini məşhur tarhana şorbasına borclu olduqlarını deyiblər. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Dadağlı sakinləri 90 yaşlı Pakizə Tosun, Ümmü Kılıç və Ümmü Ergin hər il qış tədarükünü birlikdə hazırlayır. Xüsusən də tarhana hazırlamağı vacib bilirlər. Rəfiqələr gəlinləri də bu işə cəlb edir və qışın vazkeçilməz ərzağı sayılan tarhana hazırlayırlar. Pakizə Tosun, "biz üç rəfiqə həmişə birlikdə tarhana hazırlayırıq. Bunu hazırlamaq çətindir, mürəkkəb bir işdir. Mütləq köməkləşib etmək lazımdır. Evdə hazırlanan tarhana təxminən bir aya yaxın qurudulur, sonra qırmızı (acı), yaşıl bibər, pomidor, duz və soğan doğranır, tarhana da əlavə edilir, qaynadılır. Soyuduqdan sonra bibərlərin qabığını, pomidorun tumlarını çıxarır, sonra bu qarışıma qatıq və un əlavə edirik. Bu qarışığı evin damında təmiz ağ bez üstünə sərərək yaxşıca quruduruq. 1 ay çəkir qurudulma. Quru qarışığı təzədən ələkdən keçiririk, kiçik parçalara ayırıb saxlayırıq. Bu, bizim qışa tədarük etdiyimiz ərzaqdır. Soyuq havalarda tarhana şorbasının əvəzi yoxdur. Soyuqdəymənin dərmanıdır. Qış uzunu tez-tez tarhana şorbası hazırlayırıq”, deyib. P.Tosun tarhananın un, buğda, düyüdən hazırlandığını, bu ərzaqların üyüdülərək toz halına gətirildiyini, sonra da sadalanan tərəvəzlər və başqa ədviyyatlarla qarışdırılaraq qurudulduğunu söyləyib. P.Tosun deyib ki, Ramazan ayında iftarı tarhana şorbası ilə açırlar. Azyaşlı uşaqlara da yedizdirirlər ki, sağlam böyüsünlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pəhləvilərin geri dönüş planı yenidən gündəmdədir, amma... - ŞƏRH
21:04 18.03.2026
Gündəm
Vens seçkilərdə Viktor Orbana dəstək üçün Macarıstana gedəcək
20:58 18.03.2026
Dünya
Gürcüstanın yeni Patriarxı məlum oldu
20:46 18.03.2026
Cənubi Qafqaz
İran rejimi üçün geri addım hüquqi fəlakət deməkdir - ŞƏRH
20:34 18.03.2026
Siyasət
Hörmüzün açılması üçün NATO müzakirə aparır - Rutte
20:20 18.03.2026
Dünya
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial