93 yaşlı əfsanə: Klint İstvud yenə rejissor pultu arxasındadır
08:08 17.04.2024
Dünya
1201
Hollivudun yaşayan əfsanəsi, 93 yaşlı Klint İstvud yenidən çalışmağa başlayıb.
“Sherg,az” “NTV.com.tr”yə istinadən bildirir ki, Klint İstvud rejissoru olduğu son filmi “Juror 2”-nin (“2 nömrəli münsif”) çəkilişlərinə davam edir. 93 yaşlı məşhur aktyor uzun müddət sonra kamera arxasına keçib. Kamera arxasında olan məşhur aktyoru öndəki kameralar görüntüləyib. K.İstvud bundan əvvəlki “Cry Macho” filmini 2021-ci ildə çəkib. K.İstvud aktyorluq fəaliyyətinə 1970-ci illərdə başlayıb. Və Sergio Leonenin "Western" tipi filmləriylə məşhurlaşıb. Aktyorluqla yanaşı o, rejissor kimi də fəaliyyət göstərib. May ayında aktyorun 94 yaşı tamam olacaq. O, uzun müddət film sənayesindən uzaqlaşıb. Lakin son illərdə yenidən rejissorluğa başlayıb. K.İstvud sonuncu filmini tamamladıqdan sonra karyerasıyla vidalaşmağı düşünür. Kameralar önündə əfsanəvi aktyor kifayət qədər sağlam, enerjili görünüb. Rejissor kimi "Unforgiven", "Gran Torino", "Mystic River", "Million Dollar baby" filmləriylə tanınan aktyor yeni filmində baş rollara Nicolas Hoult və Toni Colletteni dəvət edib. 1993-cü ildə K.İstvud “Unforgiven” filminə görə “Ən yaxşı rejissor”, 2005-ci ildə isə “Million Dollar Baby” filminə görə Oscar mükafatına layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm