Bir qrup Avropa Parlamentinin üzvü ABŞ Prezidenti Donald Tramp və Çinin ticarət siyasətinə həddindən artıq təzyiq göstərməsinin qarşısını almaq üçün AB liderlərini Yaponiya, Kanada və Cənubi Koreya ilə ticarət razılaşması əldə etməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
"Artıq çəkindirmə yalnız hərbi deyil, həm də iqtisadi məsələdir. Geosiyasi gərginlik dövründə AB sammitindən əvvəl liderlərlə görüşümüzdə yeni bir ittifaq formatı üçün təzyiq göstərəcəyik”, - bunu "Yenilənmiş Avropa" qrupunun prezidenti Valeri Qayer bildirib.