ABŞ Ali Məhkəməsi Trampın təcavüz iddiası ilə bağlı apelyasiya şikayətini rədd edib

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın jurnalist Elizabet Cin Kerrol tərəfindən ona qarşı qaldırılan cinsi təcavüz iddiası ilə bağlı apellyasiya şikayətini rədd edib.

Teleqraf xəbər verir ki, ölkənin ali məhkəməsi Amerika liderini günahkar bilən münsiflər heyətinin qərarını qüvvədə saxlayıb.

2023-cü ilin mayında məhkəmə Trampın Kerrolla 5 milyon dollar təzminat ödəməsinə qərar vermişdi. 2024-cü ilin yanvarında isə andlılar heyəti jurnalistə 83,3 milyon dollar ödənilməsi barədə hökm çıxarmışdı.

Amerika prezidentinin vəkilləri bu qərara federal apelyasiya məhkəməsində etiraz edirlər. ABŞ Ali Məhkəməsi ilk məhkəmə işindəki qərardan verilən apelyasiya şikayətinə niyə baxmadığını izah etməyib. Kerrolun vəkili Roberta Kaplan bildirib ki, ABŞ-ın ən yüksək məhkəməsinin qərarı məsələyə birdəfəlik nöqtə qoyub.

Bu ilin mayında ABŞ Ədliyyə Nazirliyi Kerrolla bağlı araşdırma başladıb. İstintaqa görə, Kerrolun Trampa qarşı məhkəmə iddiaları zamanı yalan ifadə verib. Ədliyyə Nazirliyinin araşdırması Kerrolun 2022-ci ildə verdiyi ifadəyə əsaslanır və orada Kerrol iddiası üçün heç bir kənar maliyyə dəstəyi almadığını iddia edib. Lakin sonradan məlum oldu ki, milyarder Reid Hoffman onun hüquqi xərclərinin bir hissəsini ödəyib.

Kerrol 1993-2019-cu illərdə "Elle" jurnalının köşə yazarı olub. O, 2019-cu ildə qələmə aldığı xatirəsində Nyu-York şəhərində "Bergdorf Goodman" binasının soyunma otağında Trampın təcavüzünə məruz qaldığını bildirmişdi. İddialara görə, bu, təxminən 1996-cı ildə baş verib. Təcavüz faktı təsdiqlənməyib. Lakin Tramp Kerrola qarşı cinsi təcavüzdə günahkar bilinib. Prezidentin vəkillərinin sözlərinə görə, Kerrol siyasi cəhətdən müxalif olduğu Donald Trampı ittiham etmək üçün 20 ildən çox gözləyib.

Prezidentin özü "Truth Social"da yazıb ki, Kerrolla keçmiş əri ilə bir şirkətdə işlədiyi vaxt görüşüb. Tramp Kerrolun ona qarşı iddiasını ABŞ məhkəmə sisteminin siyasi alətə çevrilməsinin əlaməti kimi xarakterizə edib.