Vaşinqton BMT büdcəsinə 725 milyon dollar ödəməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Dövlət Departamenti Konqresə Tramp administrasiyasının BMT-yə 725 milyon dollar köçürmə prosesinə başladığı barədə məlumat verib. Bu, BMT-nin may ayında ABŞ-ın borclu olduğu barədə bildirdiyi 4 milyard dollardan çox məbləğin 20%-dən azını təşkil edir. Amerika tərəfi ABŞ borcunun xeyli az olduğunu israr edir.
BMT ən böyük donoru olan ABŞ-nin müntəzəm büdcə töhfələrini ödəməkdən imtina etməsi fonunda likvidlik böhranı ilə üzləşir.