ABŞ Çinlə süni intellekt üzrə dialoqa başlamaq barədə razılığa gəldi

ABŞ və Çin təhlükəsizlik məqsədləri də daxil olmaqla, süni intellekt sahəsindəki inkişaflarla bağlı dialoqa başlamaq barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bildirib.

"Mən bunu demək olar ki, qaynar xətt kimi düşünməyi xoşlayıram. Bu, Soyuq Müharibə dövründə hadisələr və ya suallar zamanı istifadə edilən qırmızı telefonu xatırladır ki, biz tez bir zamanda söhbət edə bilək. Amma məsələ təkcə bu deyil. Söhbət iqtisadiyyatımızı, dünyamızı dəyişdirəcək bu yeni texnologiya ilə bağlı çinlilərlə daha geniş ünsiyyət qurmaq imkanından gedir. Və iki böyük dövlət bu söhbəti edə bilməlidir", - deyə Qir bildirib.

Onun sözlərinə görə, ABŞ-nin belə bir dialoqda nəyi açıqlamağa hazır olduğu hələ müəyyən edilməyib, çünki söhbət milli təhlükəsizlik məsələlərindən də gedir. Bununla belə, Qrir hesab edir ki, potensial süni intellekt böhranı halında qaynar xəttin mövcudluğu da başa düşülməlidir.

Amerikalı rəsmi həmçinin Pekin və Vaşinqtonun yeni dialoqun başlanması ilə bağlı hələlik razılığa gəlmədiyini etiraf etdi. "Dialoqa razılıq verdik", - deyə Qir "Fox News"a bildirib.