ABŞ daha böyük planlara hazırlaşır
Yusif Nəzərli
20:12 21.12.2021
Dünya
788
Pentaqonun gizli sənədlərinin ortaya çıxması daxili auditoriyaya yönəlik gedişlərdir
“New York Times” qəzeti Pentaqonun gizli sənədlərini ələ keçirib. Məlum olub ki, ABŞ bir çox vətəndaş qırğınlarının üstünü örtməyə çalışıb. İfşa olunan gizli məlumatlarda ordunun və hərbi vasitələrin səbəb olduğu fəlakətlər bütün dünyada “soyuq duş” effekti yaradıb. Vurğulanıb ki, 2016-cı il iyulun 19-da Amerikanın Xüsusi Hərəkat qüvvələri Suriyanın şimalında İŞİD-in “toplanma məntəqəsi” zənn etdikləri yeri bombalayıb. Amerika rəsmiləri 85 “terrorçunun” öldürüldüyünü bildirib. Əslində isə öldürülənlər sivil əhali olub. Bombalama nəticəsində İŞİD-in zülmündən qaçaraq zirzəmiyə sığınan mülki şəxslər səhvən qətlə yetirilib. “Terrorçu ovu”nda 120-dən çox sivil vətəndaşın öldüyü üzə çıxıb.
2017-ci ilin əvvəllərində ABŞ-ın hərbi təyyarəsi Qərbi Mosulda “bomba yüklü” olduğunu təsdiqlədikləri tünd rəngli avtomobili vurub. Əslində isə məlum olub ki, avtomobildə bomba deyil, yaxınlıqdakı toqquşmalardan qaçan Majid Mahmud Əhməd adında bir kişi və ailəsi var imiş. İraqın Ramadi şəhərində “terrorçuların” olduğu zənn edilərək vurulan bir binanın içindən də azyaşlı uşağın meyiti çıxıb. Nəşr bu olayların heç birini “səhv” olaraq qiymətləndirməyib. Yaxın Şərq əməliyyatlarında 1300-dən çox vətəndaşın öldüyü bildirilən hesabatda göstərilib ki, hava hücumu qüsurlu olub və hədəflər tələsik, dəqiqləşməmiş koordinatlarla “müəyyənləşdirilib”.
Pentaqonun gizli sənədlərinin mətbu orqanda dərc olunmasını və ortaya çıxan faktları “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Amerikanın təhlükəsizlik orqanları dünyanın ən məxfi qurumlarından biridir. Professor hansısa qəzetin bu cür gizli məlumatları öz gücünə əldə etməsinə inanmadığını söyləyib:
“Başqa dövlətlərdə bunu reallaşdırmaq mümkündür. Məsələn, keçmiş sovet respublikalarında rüşvət çox yayıldığı üçün hətta təhlükəsizlik orqanlarından belə istənilən məlumatı almaq olar. Lakin ABŞ kimi bir ölkədə “Top secret” sayılan və yaxın 50 ildə açılması qəti qadağan olunan gizli dosyaların sızdırılması şübhəlidir. Təhlükəsizlik orqanlarında çalışanlar vəzifədən azad edildikdən sonra onların dilindən dövlət sirlərini yaymayacaqlarına dair iltizam alınır. Belə məlumatların mətbu orqanda dərc olunması Vaşinqtonun Rusiya, ya da Çinə qarşı yeni təxribat planları hazırladığını göstərir. Bu cür xəbərlərin düşünülmüş və qəsdən yayıldığı qənaətindəyəm. Nəzərə alaq ki, 2003-cü ildən sonra Ağ Ev Amerika əsgərlərinin bir daha heç bir ölkəyə girməyəcəkləri barədə qərar qəbul etmişdi. Görünür, məhz bu qərarı geri oxumaq üçün müəyyən yollar axtarırlar. Onsuz da İŞİD terror təşkilatının Yaxın-Orta Şərqi idarə etmək üçün ABŞ tərəfindən yaradıldığı və idarə olunduğu bəlli idi. Vaşinqton Yaxın Şərq siyasətini həyata keçirərkən müxtəlif versiyalara əl atır”.
C.Nuriyev diqqətə çatdırıb ki, Amerikada siyasətlə məşğul olanların sayı çox azdır: “Hardasa 10-15 faiz siyasətlə maraqlanır ki, onların da peşəkarlıq səviyyəsi çox aşağıdır. Ağ Ev bir çox üsullarla ölkə əhalisinin şüuraltına lazımi mesajları ötürür. ABŞ-a məxsus “New York Times” qəzetinin həddindən artıq “demokratik” və “humanist” olması, ölkəsinin nüfuzunu zədələyəcək xəbər dərc etməsi, təhlükəsizlik orqanlarından məlumat “oğurlaması” qətiyyən inandırıcı deyil. Buna aldanmaq üçün çox sadəlövh olmaq lazımdır. Amerika hökuməti müəyyən ciddi proseslər öncəsi daxili auditoriyaya yönəlik gedişlər edir. Bu da çoxdan bəlli olan taktiki gedişlərin tərkib hissəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat