Almaniyadan çıxarılması planlaşdırılan 5 000 ABŞ hərbçisi Litva və Polşa ərazisində yerləşdirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə hər iki dövlətin rəhbərləri - Gitanas Nauseda və Karol Navrotski birgə mətbuat konfransında açıqlama veriblər.
"Biz ilk növbədə Almaniyanı tərk edən hərbi qüvvələrin Avropa qitəsində qalmasını istəyirik", - deyə Nauseda qeyd edib.
O, həmçinin ölkəsinin mümkün qədər çox müttəfiq əsgərini qəbul etməyə hazır olduğunu vurğulayıb. Bənzər mövqeyi Navrotski də bölüşüb. Onun sözlərinə görə, əgər ABŞ Prezidenti Donald Tramp Almaniyadakı hərbi kontingentin sayını azaldarsa, Polşa bu hərbçiləri qəbul etmək niyyətindədir. O, bunun üçün ölkəsində müvafiq infrastrukturun mövcud olduğunu iddia edib.
Xartırladaq ki, aprelin 29-da Tramp ABŞ-nin Almaniyadakı hərbi mövcudluğunu azaltmaq imkanlarını nəzərdən keçirdiyini və yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcəyini bildirmişdi. Aprelin 30-da isə jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri Vaşinqtonun təkcə Almaniyada deyil, həmçinin İtaliya və İspaniyada da öz qoşunlarının sayını azalda biləcəyini istisna etməyib.