ABŞ-ı hegemon güc hesab etmək olmaz
01:28 24.04.2021
Dünya
600
"Çinin təkcə iqtisadi və siyasi gücü deyil, son illərdə ordu gücü və hərbi gücü kifayət qədər artıb"
ABŞ-ın yeni administrasiyasının dünyada kiminsə onlarla müqayisə ediləcək hərbi-siyasi potensial və infrastruktur imkanlarına sahib olduğunu etiraf edəcək mənəvi gücü yoxdur. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev deyib. “Məsələn, Çin və ya Rusiyanı... SSRİ ABŞ tərəfindən bərabərhüquqlu rəqib kimi qəbul edilirdi. Bu, tərəflərin hərbi-siyasi pariteti ilə bağlı idi, hansı ki, bunun saxlanılması üçün beynəlxalq təşkilatlar sistemi yaradılmışdı. SSRİ-nin süqutundan sonra bu paritet müəyyən müddət yoxa çıxdı”, – deyə o bildirib.
Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi Tural İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi dünyada ilk sıralarda yer alır:
"Dövlət büdcəsindən hərbi büdcəyə ayrılan maliyyə tutumuna görə, Amerika Birləşmiş Ştatları ön sıralardadır. Lakin buna baxmayaraq ABŞ ordusu dünyanın ən güclü ordusudur şəklində hansısa informasiya buraxmaq və başqa ölkələrin daxili işlərinə qarışmaqla bağlı siyasət yürütmək özü də ədalətsizlik hesab olunmalıdır. İstənilən halda biz digər dövlətlərin ordusunun ABŞ ordusundan zəif olması ilə bağlı fikirlərin özünə də əminliklə "hə" deyə bilmərik".
T.İsmayılov qeyd edib ki, Çinin təkcə iqtisadi və siyasi gücü deyil, son illərdə ordu gücü və hərbi gücü kifayət qədər artıb:
"ABŞ təkbaşına hərbi baxımdan hegemon güc hesab olunsaydı, o zaman NATO və yaxud da digər hərbi, siyasi alyanslar qurulmazdı. Avro-Atlantik ideoloji təbliğat şüuru baxımından ABŞ-ın hərbi qüdrəti ilə bağlı qəsdli şəkildə müəyyən informasiya sistemləri buraxılır. Ümumiyyətlə, düşünürəm ki, dünyada normal siyasi-əxlaqi şüur olmalıdır. Qədim dövrdən bəri siyasət fəlsəfəsinin əsas tezisi də elə siyasi əxlaq şüurunun üzərində qurulub. Yəni hərbi gücə görə üstün olan dövlətlər digər dövlətlərin daxili işlərinə qarışmaq, həmin dövlətlərlə hansısa xaosla çalxalanmaq hüququna əslən malik deyillər. Hesab edirəm ki, başqa ölkələrin daxilində siyasi qarışılıqlar yaratmaq istənilən halda təəssüf ki, hazırkı dünyanın real mənzərəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya