ABŞ ilk dəfə olaraq BMT-də Rusiyanın əleyhinə səs vermədi

Birləşmiş Ştatlar 2022-ci ildən bəri ilk dəfə olaraq BMT-də anti-Rusiya düzəlişinə qarşı çıxıb.

Teleqraf xəbər verir ki, ABŞ 2022-ci ildən bəri ilk dəfə olaraq nasizmin tərənnümü ilə mübarizə haqqında qətnamədə Rusiyaya qarşı düzəlişin əleyhinə səs verib.

Qeyd edildiyi kimi, BMT Baş Assambleyasının Üçüncü Komitəsi Rusiyanın təklif etdiyi “Nasizmin, neonasizmin və irqçiliyin, ksenofobiyanın və dözümsüzlüyün müasir formalarının alovlanmasına qarşı mübarizə” adlı qətnaməni təsdiqləyib. 114 ölkə lehinə, 52 ölkə əleyhinə səs verib.