“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər həftə ərzində zədə səbəbindən iki məşqi buraxsa da, komanda ilə məşqlərə qayıdıb. Gənc futbolçunun “Rasinq Santander”lə qarşılaşmada meydana çıxmaq ehtimalı var.
Sherg.az xəbər verir ki, İspaniyanın “AS” nəşrinin məlumatına görə, Arda Gülər əzələ gərginliyi səbəbindən həftə ərzində məşqlərdə iştirak edə bilməyib.
Lakin futbolçu matçdan əvvəl keçirilən son məşqdə komanda ilə birlikdə çalışıb. Bu səbəbdən onun qarşıdakı oyunda iştirak edə biləcəyi bildirilir.
Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 12 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun qollarından ikisi La Liqada, biri isə Çempionlar Liqasında qeydə alınıb.