Vaşinqton Yaxın Şərqdə davam edən münaqişənin dayandırılması üçün İrana 15 maddədən ibarət plan göndərib.
Sherg.az xəbər verir ki, bu barədə New York Times qəzeti anonim mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, plan ABŞ iqtisadiyyatına artan təsirlər fonunda münaqişədən çıxış yolu tapmaq məqsədi daşıyır. ABŞ prezidenti Donald Tramp tərəflər arasında danışıqların müsbət keçdiyini bildirsə də, İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf bu iddiaları təkzib edib.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirir. İran isə cavab olaraq İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə hücumlar həyata keçirir.