ABŞ-ın İranda quru əməliyyatı ehtimalı az görünür, amma bu baş verərsə, münaqişəni daha da alovlandıracaq.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Hələlik o qədər də inandırıcı görünmür. Lakin əgər bu baş versə, əlbəttə ki, vəziyyəti daha da gərginləşdirəcək, ümumi eskalasiyanı artıracaq və çətin ki, bu münaqişənin həllini yaxınlaşdırsın”, - o bildirib.