ABŞ Konqresinin Senatı milyarder Cared Ayzekmanın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
APA xəbər verir ki, səsvermə C-SPAN telekanalı vasitəsilə yayımlanıb.
Səsvermə zamanı 67 senator Ayzekmanın namizədliyinin lehinə, 30 senator isə əleyhinə səs verib.
Bununla da namizədlik təsdiqlənmiş hesab olunub.
Yaxın vaxtlarda Cared Ayzekmanın NASA-nın yeni rəhbəri kimi rəsmi and içəcəyi gözlənilir.