ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
11:28 21.04.2025
Dünya
469
ABŞ-nin bir neçə nüfuzlu şirkətinin rəhbəri Donald Trampın inaqurasiya tədbirlərinə rekord məbləğdə 239 milyon dollar ianə edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti ABŞ Federal Seçki Komissiyasının məlumatlarına əsaslanaraq məlumat verib.
Qeyd olunur ki, bura texnologiya sektorundan olan "Apple", "OpenAI" və "Uber" kimi şirkətlər daxildir. Bu göstərici səkkiz il əvvəlkindən (2017-2021) iki dəfə çoxdur.
ABŞ-nin keçmiş prezidenti Cozef Bayden 2021-ci ildə təxminən dörd dəfə az - vəsait toplayıb. Trampın inaqurasiya komitəsi tərəfindən toplanan vəsait yeni prezidentin dəstəyini qazanmaq istəyən ABŞ sənayesinin bütün əsas sahələrindəki şirkətlərin nümayəndələrindən daxil olub. "JPMorgan Chase", "BlackRock", "Blackstone" və "Goldman Sachs" kimi maliyyə nəhəngləri hər biri bir milyon dollar ianə edib. "AT&T", "Comcast" və "Verizon" kimi telekommunikasiya şirkətləri də eyni məbləğdə ianə ediblər.
Bildirilir ki, "Chevron" şirkəti 2 milyon dollar ayırıb. Eyni məbləğdə vəsaiti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri, milyarder Cared Ayzekman təqdim edib.
Ən böyük ianə - 5 milyon dollar - toyuq əti istehsalçısı olan "Pilgrim's Pride" şirkəti həyata keçirib. Bununla yanaşı, "Ripple" kriptovalyuta şirkəti də təxminən eyni məbləğdə ianə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya
Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı
12:21 10.11.2026
Gündəm
BDYPİ səfərdən qayıdan sürücülərə xəbərdarlıq etdi
12:10 10.11.2026
Cəmiyyət
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
12:03 10.11.2026
Rəsmi