ABŞ Kuba Xalqlarla Dostluq İnstitutunun (ICAP) üç nümayəndəsinə, ölkənin Tikinti Nazirliyinə və hökumətlə əlaqəli olduğu bildirilən səkkiz şirkətə sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada deyilir.
ABŞ tərəfi ICAP üzvlərinin ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Sanksiya siyahısına həmçinin Kuba Tikinti Nazirliyi və hökumətlə əlaqəli olduğu bildirilən səkkiz şirkət daxil edilib.
Bundan başqa, ABŞ narkotik alverinə qarşı mübarizə adı altında səkkiz Ekvador vətəndaşına və ölkədə fəaliyyət göstərən yeddi şirkətə də sanksiya tətbiq edib.
Sanksiya siyahısına daxil edilmə həmin şəxslərin və qurumların ABŞ-dakı aktivlərinin dondurulması, həmçinin amerikalı fiziki və hüquqi şəxslərin onlarla biznes aparmasının qadağan edilməsi deməkdir.