ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib

ABŞ-nin müharibə naziri Pit Heqset oktyabrın 19-da İsraildə Baş nazir Benyamin Netanyahu ilə gizli görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb.

İsrail Baş nazir Administrasiyası və Pentaqon görüş barədə rəsmi məlumat verməyib. Heqset isə X sosial şəbəkəsində Yaxın Şərqdəki amerikalı hərbçiləri ziyarət etdiyini bildirsə də, regionun konkret hansı ölkəsində olduğunu açıqlamayıb.

İsrail mediası Netanyahu ilə Heqsetin görüşünün ölkənin cənubundakı aviabazalardan birində baş tutduğunu yazıb.