
ABŞ-nin Ukrayna siyasəti: Harris və Tramp Zelenskini inandırmağa çalışacaqlar ki,...
Yusif Nəzərli
13:14 19.09.2024
Dünya
470
Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, gələn həftə ABŞ-yə səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Eyni zamanda ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris də gələn həftə ABŞ-a səfəri zamanı Volodimir Zelenski ilə görüşməyi planlaşdırır. Bu barədə isə Bloomberg məlumat yayıb. Səfər zamanı Zelenski Ukraynanın NATO və Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirə, həmçinin Kiyevə daha müasir silahların daimi tədarükü tələb edə bilər.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkilərində namizədlərin xarici siyasətlə bağlı əsas müzakirə mövzusu Ukrayna müharibəsi olacaq:

“Eyni zamanda Yaxın Şərq müharibəsini də qeyd etmək yerinə düşər. Bunun fonunda namizədlərin hər biri maksimum şəkildə Ukraynaya dəstək olduqlarını göstərməklə ABŞ ictimaiyyətini məlumatlandırmaq niyyəti güdürlər. Buna görə də ABŞ-da prezidentliyə əsas namizədlərdən olan Donald Trump və Kamala Harrisin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilən idi. Onlar görüşdə Zelenskini inandırmağa çalışacaqlar ki, prezident seçiləcəkləri təqdirdə Ukraynaya dəstəyi davam etdirəcəklər. Şübhəsiz ki, ABŞ-da Ukraynaya dəstəklə bağlı çıxış edən fondlar və siyasətçilər var. Onlar Rusiyaya qarşı aqressiv siyasət yürüdürlər. Hazırda onların prezident seçkilərində dəstəyi Harris və Trump üçün çox önəmlidir. Ona görə də Zelenskidən sözügedən məsələ ilə bağlı dəstək istəyəcəklər. Eyni zamanda Donald Trump çalışır ki, Ukrayna-Rusiya savaşı tezliklə başa çatsın və Qərb-Rusiya əlaqələri yenidən bərpa olunsun. Trumpın bununla bağlı sülh planı var idi və hakimiyyətə gələcəyi təqdirdə onu yerinə yetirəcəyini açıqlamışdı. Amma Ukrayna üçün Amerikada kimin hakimiyyətə gələcəyini müəyyənləşdirmək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya