ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşnerin Kiyev və Moskvaya nəzərdə tutulan səfəri təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat verib.
Avqustun sonuna qədər səfərin baş tutma ehtimalının az olduğu və təxirə salınmanın müəyyən səbəblərdən qaynaqlandığı bildirilir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Prezident Vladimir Putinin amerikalı nümayəndələri qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb.
"Rusiya Prezidenti Vladimir Putin amerikalı liderin nümayəndələrini növbəti dəfə qəbul etməyə hazırdır, digər məsələ onların Kremlə hansı təkliflərlə gələcəyidir" — deyə S.Lavrov bildirib.