ABŞ ordusu son iki gündə İranın Hörmüz boğazı yaxınlığındakı sahil bölgələrində yerləşən 170-dən çox hərbi hədəfə zərbələr endirib.
Bu barədə “The New York Times“ qəzeti ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.
Məlumata görə, zərbələr Hava Hücumundan Müdafiə sistemlərini, pilotsuz uçuş aparatları və raket anbarlarını, hərbi sürətli qayıqları, eləcə də logistika infrastrukturunu hədəf alıb.
CENTCOM-dan bildirilib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücum etmək imkanlarını zəiflətmək olub.