Pentaqon Rusiyanın 33 ali məktəbini ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradan müəssisələrin siyahısına salıb.
"Report" xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.
Siyahıya, xüsusən də, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti və Ali İqtisadiyyat Məktəbi düşüb.
Ümumilikdə ABŞ-nin siyahısına Rusiya, İran və Çindən 130 təhsil müəssisəsi daxil edilib.
"Qurum yerli tədqiqatçılara, akademik müəssisələrə və sənaye sektorundan olan tərəfdaşlara bu siyahıya daxil edilmiş hər hansı müəssisə ilə əməkdaşlıq, maliyyələşdirmə və ya məlumat mübadiləsi imkanlarını nəzərdən keçirərkən xüsusi ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edir", - məlumatda bildirilib.