“ABŞ Serbiyanı şərt qarşısında qoyub” – Şərh
Banuçiçək Kalbalıyeva
11:13 07.09.2020
Dünya
947
“ABŞ Serbiyadan Kosovonun müstəqilliyini tanımasını istəyir”
“Əslində Serbiya hazırdır. Amma Kosovonun şimal hissəsinin ona veriləcəyi təqdirdə. Çünki Kosovonun şimalında çoxlu serb yaşayır”
Serbiyanın prezidenti Aleksandr Vucicin Ağ evdə çəkilən foto və video görüntüləri sosial şəbəkələrdə geniş istifadə olunub. Təkcə politoloqlar yox, bir az diqqətli olan istifadəçilər də anlayırlar ki, bu, Trampın serbiyalı həmkarının imicinə növbəti zərbəsidir. Aleksandr Vucicin tez-tez başını aşağı salması da onun narahatlığını göstərir. Bəs nədir onun boynunun bükülməsinin səbəbi?
Siyasi analitik Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışıb. O, bildirib ki, ABŞ Serbiyanı konkret olaraq şərt qarşısında qoyub:
“ABŞ Serbiyadan Kosovonun müstəqilliyini tanımasını istəyir. Əslində Serbiya hazırdır. Amma Kosovonun şimal hissəsinin ona veriləcəyi təqdirdə. Çünki Kosovonun şimalında çoxlu serb yaşayır.
Əlbəttə, Kosovo da öz ərazisindan imtina etməyi düşünmür. Əslində Kosovo, həqiqətən, heç vaxt Serbiya ərazisi olmayıb. Bu ölkə indi müstəqildir. Hər halda Kosovonun şimalı barədə müzakirələr davam edir”.
Ə.Məmmədlinin sözlərinə görə, Azərbaycan bu hadisələrdən dərs almalıdır:
“Kosovonun müstəqilliyini dünyanın təxminən yarısı, xüsusilə NATO üzvləri tanıyıb. Serbiya da müstəqil dövlət kimi Kosovo ilə nə qədər tez hesablaşsa, Avropa Birliyinə daha tez inteqrasiya edə bilər.
Əlbəttə, Serbiya da bunu istəyir. Lakin Kosovo münaqişəsi tam həll olunmayınca, məsələ real görünmür. ABŞ hazırda Serbiyanı Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəmir.
Qeyd edim ki, Azərbaycan bu hadisədən nümunə götürməli və işğal altındakı ərazilərini mümkün qədər tez azad etməlidir. Azərbaycanın nəinki müstəqil, həm də güclü olmalıdır. Yalnız belədə dünya ölkələri maraqlarımızı nəzərə alacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya