ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi əməliyyatların başlandığını bəyan edib.
Sherg.az xəbər verir ki, qurumun X sosial şəbəkəsində yaydığı məlumata görə, ABŞ Silahlı Qüvvələri Ali Baş Komandanın göstərişi ilə Şərq vaxtı ilə saat 17:30-da (Moskva vaxtı ilə 00:30) İranın hərbi hədəflərinə yeni zərbələr endirməyə başlayıb.
İranın IRNA agentliyi Buşehr əyalətinin qubernatoru Məhəmməd Müzəffərinin sözlərinə istinadən bildirib ki, əyalətin mərkəzi hissəsində yerləşən obyektlərdən biri raket hücumuna məruz qalıb.
Bundan başqa, Mehr agentliyinin məlumatına görə, ABŞ tərəfindən İranın qərbində yerləşən Əhvaz şəhəri yaxınlığındakı ərazilərə də raket zərbələri endirilib. Xuzistan əyaləti qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Əhvaz ətrafındakı obyektlərdən birinin hücuma məruz qaldığını təsdiqləyib.
Rəsminin sözlərinə görə, hücum nəticəsində asfalt saxlamaq üçün istifadə olunan anbar vurulub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də iyunun 18-nə keçən gecə İranla əldə olunmuş atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bəyan etmişdi. Həmin tarixdən etibarən ABŞ ordusu İrana qarşı bir neçə silsilə hava zərbəsi həyata keçirib. CENTCOM bu əməliyyatların İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı fəaliyyətinə cavab olaraq həyata keçirildiyini iddia edib.
İran isə buna cavab olaraq Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran eyni zamanda Vaşinqtonu döyüş əməliyyatlarının dayandırılmasına dair memorandumun şərtlərini pozmaqda ittiham edib.