ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb

ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından, “Heyət Təhrir əş-Şam” qruplaşmasını isə terror təşkilatları siyahısından çıxarıb.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qərarın Suriya ilə bağlı Vaşinqtonun siyasətində dəyişiklik fonunda qəbul edildiyi bildirilir.