ABŞ Prezidenti Donald Trampın Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verilə biləcəyinə dair açıqlaması ABŞ-də müzakirələrə səbəb olub.
Sherg.az xəbər verir ki, "Responsible Statecraft" nəşrində dərc olunan məqalədə bu addımın Vaşinqtonun öz milli təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyi iddia edilir.
Məqalə müəlliflərinin fikrincə, Ukraynanın qısa müddətdə "Patriot" raketlərinin istehsalını təşkil etməsi real görünmür. Bundan əlavə, hərbi texnologiyaların ötürülməsinin ABŞ-ın məxfi müdafiə sistemləri ilə bağlı məlumatların üçüncü tərəflərin əlinə keçməsi riskini artıra biləcəyi vurğulanır.
Nəşr hesab edir ki, bu təşəbbüsün döyüş meydanında vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməsi də inandırıcı görünmür.
Qeyd edək ki, bu qiymətləndirmələr "Responsible Statecraft" nəşrinin müəlliflərinə məxsusdur və rəsmi ABŞ hökumətinin mövqeyini əks etdirmir.