
ABŞ vasitəçi dövlət kimi özünü doğrultmadı - ŞƏRH
10:48 14.03.2024
Dünya
517
Vaşinqtonun Ermənistana ayıracağı 52 milyon dollar vəsait də geopolitik qarşıdurmaların göstəricisidir Son addımlar ermənipərəst siyasətin daha da möhkəmlənməsinə xidmət edir
ABŞ administrasiyası Ermənistana “demokratiya” və “iqtisadiyyatı” dəstəkləmək adı altında 52 milyon dollar yardım ayırmağı düşünür.
Xəbəri jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlayıb.
M.Miller qeyd edib ki, “2025-ci maliyyə ilinin büdcəsi: Ukraynanın dəstəklənməsi və Rusiyanın strateji məğlubiyyətinin təmin edilməsi” adlanan sənəddə İrəvana maliyyə yardımının Ermənistanın iqtisadi və demokratik dayanıqlığının təmin olunması, həmçinin Qərblə əlaqələrinin gücləndirilməsi məqsədilə göstəriləcəyi bildirilib. Görünür, ABŞ və Qərb Rusiyaya qarşı Ermənistandan əlaltı güc kimi istifadə etməyə çalışır.
Bundan öncə də Böyük Britaniyanın Ermənistanın KTMT-dən çıxması fonunda Rusiyadan gələcək mümkün təhdidlərə cavab olaraq dəstək göstərəcəyi barədə açıqlama verilmişdi.
Lakin ekspertlərimiz tərəfindən onun real nəticələr vermək imkanı kifayət qədər aşağı dəyərləndirilir.
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynovun “Sherg.az"a açıqlamasına görə, Ermənistanın ABŞ-nin maraqları çərçivəsində Cənubi Qafqazda alətə çevrilməsi hərtərəfli formada öz təsdiqini tapır:

“Vaşinqtonun Ermənistana ayıracağı vəsait də müəyyən qədər geopolitik qarşıdurmaların göstəricisidir. Rusiyanın mövqelərinin zəiflədilməsi və Ermənistanın Kremlin geopolitik orbitindən ayrılması Vaşinqtonun strateji prioritetlərindən biridir. Bu gün Rusiyanın maraqlarının olduğu bütün cəbhələrdə Qərb aktiv hərəkət edir. Ermənistan da Rusiyanın strateji maraqlarının olduğu ölkədir. Burada hərbi, siyasi, iqtisadi, nəqliyyat planları icra edilməkdədir. Bu kontekstdə Ermənistanın Rusiyanın nəzarətindən çıxması Moskva üçün çox təhlükəli hesab olunur. Aydındır ki, Rusiya Ermənistandakı maraqlarının itirilməsi ilə razılaşmayacaq. Paralel olaraq biz görürük ki, “Zvartnots” Hava Limanından rusiyalı sərhədçilərin çıxarılması üçün Moskvaya rəsmi müraciət edilib. Bu, Ermənistan–Rusiya münasibətlərinin kəskinləşməsini daha da stimullaşdıracaq. Eyni zamanda bu fonda ABŞ və Aİ Ermənistana daha çox siyasi və maddi dəstək göstərəcəklər. Lakin bu yardımların müqabilində Rusiyanın cəza tədbirlərinin nədən ibarət olacağını proqnozlaşdırmaq çətindir. Bu dövlətlərin Ukraynanı Rusiyadan müdafiə etmək üçün göstərdikləri təşəbbüslərin nəticə vermədiyi isə göz qabağındadır”.
ABŞ-nin regionda vasitəçi dövlət kimi özünü doğrultmadığını vurğulayan politoloqun sözlərinə görə, son addımları isə onların ermənipərəst siyasətinin daha da möhkəmlənməsinə xidmət edir. Sözsüz ki, bu proses Azərbaycan ictimaiyyətinin gözündə Vaşinqtonun imicinin daha da pisləşməsinə gətirib çıxaracaq: “ABŞ-nin Azərbaycana ayırdığı maliyyəni dayandırması, Ermənistanın alacağı vəsaiti isə artırması Vaşinqtonun vasitəçilik missiyasının ikiüzlü, riyakar xarakter daşıdığının göstəricisi hesab oluna bilər. Doğrudur, Azərbaycanda hazırda güclü maliyyə-iqtisadi sabitliyi mövcuddur. Biz heç bir maliyyə qurumundan asılı deyilik. Sadəcə, ABŞ-nin simvolik yardımdan Azərbaycanı məhrum etməsi Vaşinqtonun Azərbaycan–Ermənsitan münasibətlərində hansı səfdə qərar tutmasını üzə çıxarmaq baxımından əhəmiyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat