ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

ABŞ İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirir.

“The Washington Post“un məlumatına görə, Pentaqon Fars körfəzi ölkələrində, son aylarda İranın hücumlarına məruz qalan ABŞ hərbi bazalarındakı qoşunların sayının azaldılması imkanını qiymətləndirir.

Mənbələr bildiriblər ki, Pentaqon zədələnmiş bəzi bazaların bərpasından imtina edə biləcəyinə artıq işarə verib.

Qəzet onu da qeyd edir ki, söhbət hələlik ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun tamamilə yenidən nəzərdən keçirilməsindən getmir.