ABŞ Prezidenti Donald Trampın yeni mətbuat katibi Katie Zacharia vəzifədə cəmi beş gün qaldıqdan sonra postundan ayrılıb. Onun ilk mətbuat konfransındakı çıxışı və hüquq keçmişi ilə bağlı ziddiyyətli açıqlamaları müzakirələrə səbəb olub.
Sherg.az xəbər verir ki, Zacharia oktyabrın 12-də Karoline Leavittin əvəzinə təyin edilmişdi. ABŞ-də vəkillik imtahanından keçmədiyi barədə məlumatların yayılması və ilk mətbuat konfransının tənqid olunması Ağ Evdə də suallar doğurub. CNN-in məlumatına görə, Trampın müşavirləri onun təyinatı zamanı lazımi yoxlamaların aparılıb-aparılmadığını sorğulayıblar.