Martın 22-si axşam Albaniyanın Tirana şəhərində etiraz aksiyası keçirilib. Nümayişçilər hökumət binasının qarşısına toplaşaraq baş nazirin istefasını tələb edib, binaya Molotov kokteyli, fişənglərlə hücum ediblər.
Axar.az xəbər verir ki, bu barədə Wiadomosci.onet portalı məlumat yayıb.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiyaçılar arasında qarşıdurma da yaşanıb. Polis nümayişçiləri baş nazirin ofisinin girişindən uzaqlaşdırmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.
Toqquşmalarda bir nəfərin yaralandığı bildirilir. Etirazlar zamanı avtomobillər yandırılıb.
Məlumata görə, aksiyada müxalifət lideri Sali Berişa da iştirak edib.
Qeyd edək ki, bu, ölkəni erkən seçkilərə aparacaq keçid hökumətinin qurulmasını tələb edən müxalifət tərəfdarlarının artıq altıncı etiraz askiyasıdır.