Almaniya hökuməti benzinə tətbiq olunan vergini hər litr üçün 14 sent azaltmağı planlaşdırır və neftin qiymətindən asılı olaraq onun qiymətini məhdudlaşdırmaq imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.
Qəzetin məlumatına görə, təkliflər hələ Almaniyanın federal torpaqlarının rəhbərləri ilə müzakirə olunmalıdır.
Öz növbəsində, danışıqların gedişatı ilə tanış iki "Reuters" mənbəsi müzakirələrin davam etdiyini və tədbirlərin maliyyələşdirilməsi məsələsinin açıq qaldığını bildirib.