Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib.
Kornelius qeyd edib ki, tərəflər Livan və Fələstin ərazilərindəki vəziyyəti müzakirə ediblər. Kansler vurğulayıb ki, İordan çayının qərb sahilinin faktiki olaraq qismən ilhaqına aparan heç bir addım atılmamalıdır.
Merz həmçinin ABŞ və İran arasında çərçivə sazişinin əhəmiyyətini vurğulayıb və bunu regionda vəziyyətin sabitləşdirilməsi üçün ən yaxşı şans adlandırıb.
İordan çayının qərb sahili Fələstin Dövlətinin bir hissəsidir. 1967-ci ildən bəri bu ərazi İsrailin nəzarəti altındadır. BMT İsrailin bu ərazini işğal etməsini və orada yəhudi yaşayış məntəqələrinin tikintisini qanunsuz hesab edir. 2016-cı ilin dekabr ayında BMT Təhlükəsizlik Şurası İsrailin yaşayış məntəqələri fəaliyyətinə son qoyulmasını tələb edən 2334 saylı qətnamə qəbul edib. İsrail qətnamənin müddəalarına əməl etmir.