Almaniya səfiri və Aİ rəsmiləri Haitini tərk edib
Yusif Nəzərli
01:12 11.03.2024
Dünya
394
Almaniyanın Haitidəki səfiri təhlükəsizlik vəziyyətinin çox gərgin olması səbəbindən ölkəni tərk edərək qonşu Dominikan Respublikasına gedib.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Almaniyalı diplomatla birlikdə Avropa İttifaqının nümayəndə heyətinin üzvləri də qonşu ölkəyə səfər ediblər. “Onlar hələlik oradan işləyəcəklər”, - XİN nümayəndəsi qeyd edib.
Bundan əvvəl bəzi cinayətkar qrupların Haitinin baş naziri Ariel Henrinin hökumətini istefaya göndərmək planları barədə məlumat yayılmışdı.
Haiti hakimiyyəti silahlı dəstələrlə asayiş keşikçiləri arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prinsdə fövqəladə vəziyyətin müddətini bir ay müddətinə uzatmaq qərarına gəlib.
Müvafiq fərman respublikanın rəsmi “Le Moniteur” qəzetində dərc olunub. Martın 3-də Qərb departamentində fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya