Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

Almaniya hökuməti yeni uzaqmənzilli silah arsenalının yaradılmasına təxminən 12 milyard avro xərcləməyi planlaşdırır.

Bu barədə “Politico” Almaniya Müdafiə Nazirliyinin məxfi sənədlərinə istinadən məlumat verib.

Söhbət Bundestaqın yüzlərlə, hətta minlərlə kilometr məsafədəki komanda məntəqələri, aerodromlar, raket qurğuları və təchizat mərkəzlərini vurmasına imkan verəcək silahlardan gedir.

İlk sistemlərin 2027-ci ildə, daha mürəkkəb silahların isə 2030-cu illərin ortalarında əldə edilməsi planlaşdırılır.

Planın ilk mərhələsində Almaniya daha ucuz qanadlı raketlər almaq niyyətindədir. Namizədlər arasında ABŞ-İsrail istehsalı “Anthem” raketi, həmçinin Ukraynanın “BARS” və “Flamingo” sistemləri var.

İkinci mərhələdə Berlin ABŞ istehsalı “Tomahawk” qanadlı raketlərini və “Typhon” yerüstü buraxılış qurğularını almağı planlaşdırır.

Üçüncü və dördüncü istiqamətlər Almaniya-Britaniya layihələridir. Ölkələr birgə qanadlı raket və hipersəs sürüşmə bloku hazırlayır. Yeni sistemlərin 2 min kilometrdən çox məsafədəki hədəfləri vurması nəzərdə tutulur.