Amerika-Çin məsləhətləşmələri qalmaqalla başladı - ŞƏRH
Fidan Həmişəyeva
09:40 19.03.2021
Dünya
557
ABŞ və Çin təmsilçilərinin Amerikanın Alyaska ştatındakı görüşü qalmaqalla başladı. Tərəflər bir-birlərini qaydaları pozmaqla ittiham ediblər. Amerikalıların fikrincə, Çin nümayəndələri görüşə təbliğat naminə gəliblər. ABŞ-ı görüşdə dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallaivan təmsil edirlər. Çin tərəfdən isə xarici işlər naziri Van İ və Komminsit Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri Yan Tseçi iştirak edirlər.
Amerikalı təmsilçilər “Çin nümayəndələri qaydaları pozdular” dedikdə nəyi nəzərdə tuturdular?
Məsələ burasındadır ki, Çin nümayəndələri çıxışlarında mahiyyətdən çox bəyanatlara və ittihamlara üstünlük veriblər. Amerikalı diplomatlar çinli həmkarlarının bununla protokol qaydalarını pzoduqlarını bildiriblər. Halbuki, tərəflər ilk nitqlərini bir neçə dəqiqə ilə məhdudlaşdırmalı idilər. Ancaq çinlilər elə ilk çıxışdaca amerikalalara mesaj veriblər ki, “siyasətinizi dəyişdirin, Çin haqlıdır, Siz isə haqlı deyilsiz”.
Prosesləri "Sherg.az"a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, əslində ABŞ dövlət katibi Entoni Blinken də görüşə hazır ittihamlarla gəlib.
Onun sözlərinə görə, Çinin Honkon və Tayvan siyasəti, uyğurlara olan münasibəti, Amerikaya yönəlik kiber hücumlar Vaşinqtonu narahat edir:
"Vaşinqtonda hesab edirlər ki, Pekinin bu siyasəti qlobal təhlükəsizliyə ciddi problemlər yaradır. Pekinə qarşı bu ittihamlar illərdir səslənir. Buna baxmayaraq, Pekin bu ittihamları qulaqardına vuraraq müəyyənləşdirdiyi siyasəti davam etdirir.
Aydındır ki, qarşılıqlı ittihamlarla başlayan görüşdən nəticə gözləmək əbəs olardı. Pekin ümid edir ki, yeni Ağ Ev administrasiyasının Çinə siyasəti müsbətə doğru dəyişəcək, gərgin münasibətlərə son qoyulacaq. Vaşinqtonda isə fərqli yanaşma var: Çin daxili və xarici siyasətini dəyişməyənə qədər münasibətlərin normallaşması mümkün deyil".
Analitik qeyd edib ki, bir qrup siyasi ekspertin fikrincə, Çinin Amerika ilə münasibətləri normallaşmasında daha çox marağı var:
"Başqa sözlə Çinin Amerikadan asılılığı daha çoxdur, nəinki Amerikanın Çindən asılılığı. Münasibətlər gərgin qaldığı müddətdə siyasi və iqtisadi zəmində uduzan tərəf Çindir.
Ona görə də Pekin çalışır ki, dialoqu genişləndirsin. Vaşinqton isə tələsmir. Tam əksinə, Pentaqon Çinin hərbi siyasətinə qarşı hərbi xərclərini artırmağa qərar verib və böyük ehtimalla prezident Co Bayden bu planı təsdiqləyəcək. Maraqlıdır ki, dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallaivan Çinli rəsmilərlə görüşdən əvvəl Tokioda olublar.
Yəni Amerika Çini durdurmaq üçün bölgədəki müttəfiqləri ilə məsləhətləşib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual