
Analitik: Fransa dövlətində mənəvi-əxlaqi dəyərlər də qalmayıb
Analitik: Fransa dövlətində mənəvi-əxlaqi dəyərlər də qalmayıb
Yusif Sultanoğlu
09:23 10.03.2024
Dünya
435
Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.
Özünü dünyanın mədəniyyət incəsənət mərkəzi kimi göstərməyə çalışan Fransa göstərmək istədiyi mədəniyyətin arxasındakı barbar niyyətini gizlədə bilmir. Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı edilən vandalizm Fransanın vəhşi xislətini bir daha ortaya qoyub.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb. Həmin vaxtdan X.Natəvanın heykəlinin təhqir olunması ilə bağlı məsələ yerli mediada davamlı müzakirə olunur. 18 -ci əsrin əvvəlində fransız dilini bilən, fransız ədiblərinin heyran qaldığı müsəlman qadının abidəsinin günün günorta çağı vandalizm aktına məruz qalması Fransanın müsəlman qadının irsinə qarşı hörmətsizliyidir.
Azərbaycan ictimaiyyəti adından Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul edilib. Azərbaycanın bir qrup ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimi, vətəndaş cəmiyyəti təmsilçiləri Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırlar. İctimaiyyət abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndirir.
Azərbaycan ictimaiyyəti adından yayılan bəyanatda qeyd olunub ki, Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır. Bildirilib ki, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub: “Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan, eyni zamanda, Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır”.
Fransanın qərəzli mövqeyini nəzərə çatdıran Politoloq İlyas Hüseynov isə "Sherg.az"a açıqlamasında bu kimi addımların Fransanın beynəlxalq arenadanüfuzdan salacağını vurğulayıb:

“Baş verənlər bütövlükdə, ümumbəşəri dəyərə olan mövqedir. Şairənin heykəlinə qarşı törədilən vandalizm ədəbiyyata qarşı həqarətdir. Ədəbiyyatın etnik mənsubiyyəti yoxdur.
Bu gün Fransada edilənlər əsla doğru hesab oluna bilməz. Çünki dəyərlər müqəddəs olmalıdır. Bu gün Fransa həmin dəyərləri qoruya bilmir. Bu isə dünyaya özünü mədəniyyətin, demokratiyanın beşiyi kimi təqdim edən Fransanın imicinə zərbədir. Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün bütün riyakarlıq variantlarına əl atır. AntiAzərbaycan mövqeyini gizlətməyən Fransada Azərbaycan şairəsinin heykəlinin təhqir olunması bu ölkədə Azərbaycanafobiya və islamafobiyanın dövlət səviyyəsində təşviq edildiyinin bariz nümunəsidir. Görünür, siyasi riyakarlığı ilə ad çıxaran Fransa dövlətində mənəvi-əxlaqi dəyərlər də qalmayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya