Anasına şəfa verən zeytunun izinə düşdü
Anasına şəfa verən zeytunun izinə düşdü
08:24 17.04.2024
Dünya
658
“İşini bilmir” deyənlərə baxmayaraq, o, dünya dördüncüsü oldu
Gənc yaşlarında zeytunun şəfaverici gücüylə tanış olub. Anasının xəstəliyini zeytun yağıyla müalicə etdiyini görüb və bununla da zeytun yetişdirəcəyinə qərar verib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən faha bir uğur hekayəsini təqdim edir. Bahar Alan 1974-cü ildə İstanbulda dünyaya gəlib. Anası Makedoniya köçkünü, atası isə kayserilidir. Bahar 6 yaşında olanda ailə Bursaya köçərək orada yaşamağa başlayıblar. Baharın uşaqlığı çox şən, qayğısız keçib. Anasının hamilə olması, ona qardaş hədiyyə edəcəyi xəbəri onu daha da xoşbəxt edib. Lakin hamiləlik zamanı anasının səhhətində problem yaranıb. Saç dibində yara əmələ gəlib, qadın hamilə olduğu üçün heç bir dərmandan istifadə etməyib. Yalnız zeytun yağı və sirkədən istifadə edib. Beləliklə, kiçik Bahar da zeytun yağının şəfaverici xüsusiyyətinə şahidlik edib. Baharın arzusu sənaye mühəndisi olmaq idi. Orta Doğu Texniki Universitetinə daxil olub və sənaye mühəndisi ixtisası üzrə oranı bitirib. Sonra isə həyatını təsərrüfata bağlayıb. 2017-ci ildə Ayvalık adlanan ərazidə zeytun bağçası icarəyə götürərək zeytun yağı markası təsis edib. Markanın adını “Nova Vera” qoyub. Bu, “Yeni bahar və yeni gerçəklik” anlamına gəlir. Beləcə, xəyallarını reallaşdırmağa başlayıb. Zeytun yağının düzgün istifadə qaydalarını öyrənib, ən xırda detallara varıb. İldən-ilə məhsulun çəkisi artıb. Beynəlxalq yarışlarda 25 qızıl mükafat olmaqla, ümumilikdə 41 mükafata layiq görülüb. 2018-ci ildə isə Bahar Alan dünya zeytun yağı keyfiyyət göstəriciləri üzrə Türkiyəni təmsil edərək ilk 100 istehsalçı siyahısına daxil olub. Bu gün Bahar Alan Japoniyadan Amerikayadək, İsveçrədən Dubaya qədər 4 qitədə, 12 ölkəyə zeytun yağı ixrac edir. “Mənim üçün, “qadındır, bacarmaz”, deyirdilər. Sübut etdim ki, bacararam. Bu uğurumu ilk növbədə mənə zeytun yağının şəfalı olduğunu göstərən anama borcluyam”, deyən Bahar Alan qarşıdakı illərdə markasının ixracat faizini daha da artırmağı planlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm