
Ankara-Qahirə yaxınlaşması regionda ən çox İsraili və HƏMAS-ı zəiflədəcək -PROQNOZ
Yusif Nəzərli
03:00 08.02.2024
Dünya
537
Misir və Türkiyə münasibətlərin inkişafında maraqlıdır
Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi İsraillə əlaqələri yenidən gözdən keçirmək istədiklərini deyib. Görünür, Türkiyə ilə yaxınlaşma, Prezident R.T.Ərdoğanın Misir səfəri Sisini cəsarətləndirib. Misir Qəzza məsələsindən istifadə edərək yenidən Ərəb dünyasında əsas güc sahibi olmaq niyyətindədir. Təbii ki, Qahirə yaxşı başa düşür ki, Ankaradan dəstək gəlməsə, bu, alınan deyil. Çünki Türkiyənin Ərəb dünyasındakı nüfuzu, xüsusilə Ərdoğanın nüfuzu çox güclüdür.
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a bildirib ki, Ə.Sisi Misirdə siyasi islamın qalıqlarını təmizləmək istəyir. Ekspertin sözlərinə görə, Məhəmməd Mursinin prezident seçilməsi ilə birlikdə Müsəlman Qardaşları Hərəkatının hakimiyyətə gəlməsi Ərəb dünyasında narahatlıqla qarşılanırdı:
"Həmçinin Qərb də Mursini qəbul edə bilmədi. İsrail Qəzzanı bombalayır, insanlar Misirə qaçır. Bu insanların çoxu HƏMAS və ya digər silahlı islamçı qrupların üzvləridir. Ya da ailə üzvləri bu təşkilatların üzvləridir. Sisini bu hal ciddi narahat edir. Çünki vaxtilə FAT Suriyada Hafiz Əsədə, Misirdə Ənvər Sadata böyük problem yaşatmışdı. Sisi bu hallarla qarşılaşmaq istəmir. Ümumiyyətlə, Qahirə üçün ən məqbul variant Mahmud Abbasın rəhbərliyi altında zəif bir Fələstin dövlətinin yaradılması və Qəzzanın bu dövlətin tərkibinə keçməsidir. Misir də Qəzzada qarışıqlıq istəmir".

Analitikin sözlərinə görə, Misir-Türkiyə münasibətlərinin inkişafında hər iki dövlət maraqlıdır:
"İsveçin NATO-ya üzvlüyündən sonra Qərbin Türkiyə müdafiə sənayesinə sanksiyaları aradan qalxıb, Misir Türkiyənin bu sahədəki təcrübəsindən geniş şəkildə istifadə etmək istəyir. Həmçinin Türkiyədə Misir limanlarından geniş şəkildə istifadə etmək, eləcə də, Misir bazarına daxil olmaq istəyir. Ankara-Qahirə yaxınlaşması regionda ən çox İsraili və HƏMAS-ı zəiflədəcək. Hər 2 dövlət maksimum şəkildə İsrailə təzyiq etməyə çalışacaqlar. Sisi Qəzzanı HƏMAS-ın əlindən almaq, eləcə də, bu təşkilatın Misirdə güclənməsinə imkan verməmək üçün var gücü ilə çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya