Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton

Ukraynaya kömək etməyin ən yaxşı yolu Avropanın İran münaqişəsindən geri çəkilməsi deyil, İsrail və ABŞ-a ayətullahları devirməkdə kömək etməkdir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

“Bu da təkcə nüvə və terror təhdidinə deyil, həm də Fars körfəzi və Hörmüz boğazına olan təhlükəyə son qoyacaq”, - o bildirib.