Avropa Parlamenti ABŞ ilə ticarət sazişini ratifikasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola açıqlama verib.
Saziş Avropa İttifaqından idxal olunan mallara ABŞ tərəfindən 15% həcmində birtərəfli tariflərin tətbiqini təsdiqləyir. Sənəd eyni zamanda Aİ-ni 2028-ci ilin sonunadək 750 milyard avro dəyərində ABŞ mənşəli enerji resursları almağa öhdəlik götürməyə məcbur edir.
Qərar Brüsseldə keçirilən mini-sessiyada səs çoxluğu ilə qəbul olunub. Daha əvvəl Avropa Parlamenti bu sənəd üzrə səsverməni iki dəfə təxirə salmışdı.