"Axios": ABŞ kəşfiyyatı İranda hökumətin çöküşünün ciddi əlamətlərini görmür

ABŞ-nin kəşfiyyat rəhbərləri Amerika senatorlarına bildiriblər ki, davam edən hərbi əməliyyatlar fonunda İran hökumətinin tezliklə süqut edəcəyinə dair heç bir əlamət görmürlər.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı məlumat verib.

"Mərkəzi Kəşfiyyatın direktoru Con Retkliff və Müdafiə Kəşfiyyat Agentliyinin direktoru Ceyms Adams cümə axşamı Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin dinləmələrinin qapalı hissəsində İran rejiminin komandanlıq və nəzarət sahəsində dərin böhran yaşadığını, lakin onun tezliklə süqut edəcəyinə dair heç bir əlamət olmadığını bildiriblər. Vaşinqton administrasiyası hazırda İran rəhbərliyində əsas rol oynayan şəxsləri müəyyənləşdirməyə çalışır. Xüsusilə də rəsmilər İranın yeni Ali Lideri Müctəba Xamenei, o cümlədən onun sağlamlığı haqqında daha çox məlumat əldə etməyə ümid edirlər" - məlumatda qeyd olunur.

ABŞ yetkililəri Xameneinin video müraciət edib-etməyəcəyini də gözləyirlər. İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftənin əvvəlində bildirib ki,yeni dini lider yüngül xəsarətlər alıb və tamamilə sağlamdır.